» » AŞPA məruzəçisi Azərbaycana və işğal olunmuş ərazilərə səfər edəcək

AŞPA məruzəçisi Azərbaycana və işğal olunmuş ərazilərə səfər edəcək

Bölmə: Siyasət
AŞPA məruzəçisi Azərbaycana və işğal olunmuş ərazilərə səfər edəcəkAvropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun "Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması" mövzusunda məruzə hazırlamaq üçün məruzəçi təyin etdiyi britaniyalı Robert Valter Azərbaycana və Ermənistana səfər edəcək.

Bu barədə apa-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

S. Seyidov bildirib ki, R. Valterin səfəri gələn ilin yazında gözlənilir: “O, bu barədə ötən gün Siyasi Komitənin iclasında açıqlama ilə çıxış etdi. Robert Valter əvvəlcə Ermənistana, ardınca isə Azərbaycana gələcək. O, Azərbaycanın işğal olunmuş ərazilərinə də səfər edəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler