» » Mehriban Əliyevadan Prezidentə ad günü təbriki

Mehriban Əliyevadan Prezidentə ad günü təbriki

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Mehriban Əliyevadan Prezidentə ad günü təbriki
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Xalqinfo.az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı öz “İnstagram” hesabında yazıb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.

Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler