» » Milli Qəhrəmanın deputat xanımı seçkilərə qatılmayacaq

Milli Qəhrəmanın deputat xanımı seçkilərə qatılmayacaq

Bölmə: Siyasət, BLOK XƏBƏR
Milli Qəhrəmanın deputat xanımı seçkilərə qatılmayacaq
“Parlament seçkilərində iştirak etməyəcəm. Qərarım dəqiqdir”.

Xalqinfo” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Beşinçi çağırış Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən olan deputatı Flora Qasımova bildirib. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb:

“Daha parlament seçkilərində iştirak etməyəcəm, deputat olmaq kimi fikrim də yoxdur. Bu sahədə gəncləri irəli çəkmək daha yaxşı olardı”.

Qeyd edəki ki, Flora Qasımovanın 72 yaşı var və iki çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. O, Azərbaycanın şəhid Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşıdır.

Flora Qasımovanın bu qərarının ardından Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov həmin dairədən namizədlik iddiasını bəyan edib.

Ceyhun Ələkbərov Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı kimi də tanınır. O, 1976-cı ildə Xocalıda dünyaya gəlib.

Milli Qəhrəmanın deputat xanımı seçkilərə qatılmayacaq

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler