» » Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Bölmə: Siyasət
Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq
Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində məntəqələrə yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrindəki çipi oxuya bilən qurğular paylanılacaq.

"Xalqinfo"nun verdiyi xəbərə görə, bunu MSK-nın sədr müavini Rövzət Qasımov bugünki iclasda deyib.

R.Qasımov bildirib ki, Azərbaycanda vətəndaşlara verilən yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində yaşayış yeri göstərilmir. Onun sözlərinə görə, həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb:

“Artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib. Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, yeni nəsil şəxsyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler