Sergey Şoyqu Azərbaycana gəldiBölmə: Siyasət
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu MDB ölkələri iştirakçılarının Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib. "Xalqinfo" “TASS”a istinadən xəbər verir ki, iclas sabah baş tutacaq. “İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq”, – deyə Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib. Bundan başqa, 2019-cu ildə hərbi sahədə qarşılıqlı əlaqələrin yekun vurulması, MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsinə baxılması nəzərdə tutulur. Qeyd edək ki, Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcəklər. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|