» » İlham Əliyev Kral Əlahəzrət III Msvati ilə görüşüb

İlham Əliyev Kral Əlahəzrət III Msvati ilə görüşüb

Bölmə: Siyasət
İlham Əliyev Kral Əlahəzrət III Msvati ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.

"Xalqinfo" xəbər verir ki, görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğulayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler