Tramp Ərdoğanla görüşəcəyini elan etdiBölmə: Siyasət, BLOK XƏBƏR
“Amerika qoşunları Yaxın Şərqdə olmamalı idi, 50 əsgərimizi geri çəkdik”. Xalqinfo.az xəbər verir ki, bunu Amerika Birləmiş Ştatlarının prezidenti Donald Tramp öz “Tvitter” hesabında paylaşıb. Tramp bildirir ki, “ Müxtəlif qruplar arasında gedən müharibə artıq yüz illərdir ki, davam edir.Türkiyə Avropanın geri almağı rədd etdiyi İŞİD terroristlərin məsuliyyətini öz üzərinə götürməlidir. Mənasız və sonsuz müharibə artıq bizim üçün bitir”. Tramp dünən öz hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də ABŞ-a səfər edəcəyini də açıqlayıb. Xatırladaq ki, ABŞ qoşunları Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üçün Yaxın Şərqdə yerləşdirilmişdi. Yaxın Şərq üzrə təhlilçilər hesab edirlər ki, ABŞ qoşunları Suriyadan çıxarılarsa, ölkədə İŞİD yenidən dirçələ bilər. ABŞ qoşunlarının geri çəkilməsi ilə hökumət qüvvələrinin zəiflədiyini düşünən terrorçular yenidən baş qaldıracaqlar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|