» » Antimilli ünsürlər”in siyasi “anatomiyası”

Antimilli ünsürlər”in siyasi “anatomiyası”

Bölmə: Siyasət
Antimilli ünsürlər”in siyasi “anatomiyası”










Elman Nəsirov

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası
Beynəlxalq Əlaqələr Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor


Proqnozlar özünü döğrultdu.Gözlədiyimiz baş verdi.Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar işğalçı Ermənistan, dünyadakı erməni lobbisi, islamofob və ksenofob siyasi dairələr və onların qulbeçələri olan antimilli ünsürlərdır.Bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamani və s.) ifrat fəallaşır və öz xislətlərinə müvafiq şər, böhtan, yalan və çirkab ifraz edirlər.
Onlar ölkəmiz bələdiyyə seçkiləri və mühüm beynəlxalq tədbirlər keçirmək (Qoşulmama Hərəkatına üzv olan olkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü) ərəfəsində olduğu bir reallıqda saxta “vətənpərvərvərik”lə qilaflanmış “don”larını çıxardaraq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdədirlər. Leksikonları isə mənəvi-əxlaqi dəyərlərimizə, mənəviyyatımıza və milli kimliyimizə büsbütün yad olan təhqir və söyüşə əsaslanır.
Siyasi leksikona “söyüş diplomatiyası” kimi üzdəniraq “məfhum” gətirmələri ilə öyünən vidadi isgəndərli, orduxan teymurxan kimi milli dönük və xəyanətkarlar öz ağalarının diqtəsi ilə ilk növbədə ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevi hədəfə alıblar. “Sapı özümüzdən olan baltalar” Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycanı son 16 il ərzində məhz cənab Prezidentin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində sabitlik və təhlükəszilik adasına çevrilmişdir. Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir.
İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir. Bu reallıqdan yuxularına haram qatılan, əxlaqsızlıq və şərəfsizliyi öz xəyanətkar xislətlərinin “məhək daşı”na çevirən milli dönüklər eyni zamanda Prezidentin ən yaxın silahdaşlarına qarşı da tənqid deyil, təhqir və söyüş üzərində qurulmuş bir qarayaxma kampaniyasını həyata keçirir, hakim komanda daxilinə təfriqə salmağa çalışırlar. Həmişə olduğu kimi, indi də bu “siyasi parazit”lərin arzuları gözlərində qalacaq. Xalqın gözü tərəzidir.
Qoy milli dönükər unutmasınlar ki, xəyanatkarlara hətta onlardan istifadə edənlər də nifrət edirlər və məqsədlərinə çatdıqdan sonra yumşaq desək, işlədilmiş əlcək kimi kənara tullayırlar.
Xalqımız onların hansı “havanı oynadıqlarını”, hansı sifarişləri yerinə yetirdiklərini çox gözəl dərk edir. “Sapı özümüzdən olan balatalar”dan biri olan vidadi isgəndərlinin doğulduğu Göyçayın Məikkənd kəndinin sakinləri ilə görüşümüz zamanı onların səsləndirdiyi fikirlər bu inamimizi daha da möhkəmləndirdi. Kənd sakinləri birmənalı şəkildə vurğuladılar ki, əvvəla, vidadi isgəndərlinin Göyçay camaatının adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Prezidentimizə qarşı təhqiri biz göyçaylılar özümüzə qarşı və hər bir azərbaycanlıya qarşı təhqir hesab edirik. İkincisi, atasının qəbrinin təhqir edilməsi ilə bağlı iddiaları yalan və iftiradan başqa bir şey deyildir. Eyni zamanda kənd sakinləri bizə gileyləndilər ki, vidadi isgəndərlinin atasının qəbrini illərdir ki, ot-ələf basıb. Atasının qəbrindən siyasi məqsədlər üçün istifadə edib mərhumun ruhunu narahat etməkdənsə, vidadi isgəndərli heç olmasa 5 ildən bir gəlib İsgəndər kişinin məzarının ətrafını otdan, alaqdan təmizləsin, kənd mollasına bir yasın oxutdursun.
Onu da qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə Göyçay qəzasının məhz Məlikkənd kəndindən deputat seçildiyini qeyd etməklə qurur duyduqlarını vurğulayan kənd sakinləri Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini və onun alternativin olmadığını da fəxrlə bildirdilər. Həm də qeyd etdilər ki, vidadi və onun kimilərin (məhəmməd mirzəli) Göycay əhalsinin adından danışmağa heç bir haqqı və səlhiyyəti yoxdur. Eyni zamanda boyük təəssüf hissi ilə bildirdilər ki, vidadi də, orduxan da və onlar kimi milli xəyanət yolunu seçmiş digər dönüklər də Azərbaycan xalqının çörəyini yeyib, suyunu içib, havasını udub, erməni diğalarına nökərlik edirlər. Əks halda necə ola bilər ki, Cəbrayıl rayonunda göz açmış orduxan, indi arvadının vətəni olan Hollandiyadan milli şərəf hissini itirərək bütün dünyaya car çəkir ki, ermənilər işğal altında olan Cəbrayılda bir dənə də olsun tarixi-mədəni abidəmizi, o cümlədən qəbirlərimizi dağıtmayıblar. Zənnimizcə, bu satqın mövqeyindən sonra orduxanın xarici erməni diaspor və lobbi mərkəzlərinin əlində oyuncaq-alət olduğunu xüsusi olaraq isbat etməyə heç bir lüzum qalmır. Eyni zamanda onun Cəbrayıl camaatının adından vəkillik etməyə də heç bir haqqı yoxdur. O satıldığı andan bu haqqı omürlük itirmişdir. Bu məxluqlar daimi ictimai qınaq obyekti olmalıdırlar. Bu acı aqibət Xalqına və Vətəninə qənim kəsilən, milli xəyanəti həyat tərzinə çevirən bütün şərəfsizləri bütün ömürləri boyu təqib etməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler