» » Azərbaycan və İran prezidentləri Soçidə görüşəcək

Azərbaycan və İran prezidentləri Soçidə görüşəcək

Bölmə: Siyasət, BLOK XƏBƏR
Azərbaycan və İran prezidentləri Soçidə görüşəcək




İran Prezidenti Həsən Ruhani Soçidə Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində hər iki ölkədən olan həmkarı ilə təkbətək görüş keçirəcək.

Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili bildirib.

P. İsmaili qeyd edib ki, H. Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərlə əlaqədar məsələləri müzakirə edəcək. Eyni zamanda Soçi sammitində birgə bəyanat qəbul ediləcək.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler