» » Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Bölmə: Siyasət
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
"xalqinfo" apa.az-a istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Onun sözlərinə görə, 17 maddədən ibarət olan saziş cari ilin oktyabr ayında Doha şəhərində imzalanıb: “Sənəd Azərbaycan və Qətər hökumətləri arasında 5 illik müddətdə təhlükəsizlik sahəsində, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, kiber cinayətkarlığa, çirkli pulların yuyulmasına, korrupsiyaya, insan alverinə qarşı mübarizədə əməkdaşlığı nəzərdə tutur”.

Z. Əsgərov qeyd edib ki, saziş hər iki ölkənin dövlət və milli maraqlarına uyğundur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler