» » Arzu Səmədbəyli Müsavatda məclis sədri olmaqdan imtina etdi

Arzu Səmədbəyli Müsavatda məclis sədri olmaqdan imtina etdi

Bölmə: Siyasət
Arzu Səmədbəyli Müsavatda məclis sədri olmaqdan imtina etdiMüsavat Partiyası Məslinin sabiq sədri Arzu Səmədbəyli yenidən Məclis sədri kimi namizədliyinin irəli sürməyəcək.

Partiyadan apa-ya verilən məlumata görə, bu barədə A. Səmədbəyliyə Müsavat Partiyası rəhbərliyi tərəfindən təklif gəlsə də, o, bundan imtina edib.

Məsələni A. Səmədbəylinin özü ilə dəqiqləşdirməyə çalışsaq da, onunla əlaqə saxlamaq mümkün olmadı.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə apa-ya açıqlamasında deyib ki, Məclis sədri hər hansı təkliflə deyil, Məclis üzvləri tərəfindən seçilir. O qeyd edib ki, A. Səmədbəylinin Məclis sədrliyinə yenidən namizədliyini irəli sürməsi barədə təkliflə tanış deyil.

Qeyd edək ki, A. Səmədbəyli hazırda Məclisin üzvüdür. Lakin partiyanın sonuncu qurultayından sonra siyasi proseslərdə aktiv iştirak etmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler