» » Bu gün Məmmədyarovla Mnatsakanyan Milanda görüşəcəklər

Bu gün Məmmədyarovla Mnatsakanyan Milanda görüşəcəklər

Bölmə: Siyasət
Bu gün Məmmədyarovla Mnatsakanyan Milanda görüşəcəklər





Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan bu gün Milanda görüşəcəklər.

Xalqinfo.az xəbər verir ki, görüş sabah Milanda açılacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası çərçivəsində keçiriləcək.

Xatırladaq ki, dünən E.Məmmədyarov ATƏT XİNŞ iclasında iştirak etmək üçün İtaliyaya yola düşüb.

E.Məmmədyarov və Z.Mnatsakanyan arasındakı görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler