» » Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.

Xalqinfo.az Unikal.org-a istinadən xəbər verir ki, Elmir Vəliyev hazırda "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov deyib ki, Elmir Vəliyev "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.

Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri seçilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler