Prezident bir qrup şəxsi təltif etdi - Siyahı
13 noyabr 2018 18:24
Baxış: 126
Şərh: 0
Çap
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Xalqinfo.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Quliyev Hətəm Hidayət oğlu
“Əməkdar mühəndis”
Babazadə Oqtay Baba oğlu İsrafilov Yusif Həbib oğlu
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Kəngərli Tələt Nəsrulla oğlu Muxtarov Abdulvahab Şərif oğlu
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Əliyev Adil Abas Əli oğlu
“Tərəqqi” medalı ilə
Abdullayeva Rasimə Rəşid qızı Biryukova Larisa Nikolayevna Rzayev Azay Qurbətoviç Vəliyev Zəki Abdulla oğlu Vəliyeva Vəsilə Aslan qızı Zöhrabova Vəcihə Ramazan qızı
|