» » Elxan Poluxov etimadnaməsini təqdim etdi

Elxan Poluxov etimadnaməsini təqdim etdi

Bölmə: Siyasət
Elxan Poluxov etimadnaməsini təqdim etdi
Azərbaycanın Trinidad və Tobaqodakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini bu ölkənin prezidenti, xanım Paula-Mae Vikesə təqdim edib.

Xalqinfo.az xəbər verir ki, səfir iqamətgahı Braziliyanın Brazilia şəhərində olan Trinidad və Tobaqo prezidenti ilə görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

O, Trinidad və Tobaqoda səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərini əsirgəməyəcəyini söyləyib.

Elxan Poluxov, ölkəmiz haqqında, xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq səviyyədə, qlobal əhəmiyyətli layihələrdə iştirakı, ölkəmizdə keçirilən mötəbər tədbirlər haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirə aparıb.

Səfir Prezident Sarayının xatirə kitabını imzalayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler