Tramp ermənilərə görə Azərbaycanı qurban verməzBölmə: Siyasət
![]() Xalqinfo.az xəbər verir ki, bunu virtualaz.org-a Tennessi ştatı Universitetinin politologiya profüssoru Andrey Korobkov deyib. Eyni zamanda, ekspert hesab edir ki, Amerikanın keçmiş liderlərindən fərqli olaraq, prezident Tramp lobbi dairələrinin təsiri altında deyil. "Buradakı erməni diasporu artıq əvvəlkitək Ağ Evə təsir edə bilmir. Tramp iş adamıdır və hər şeyə kommersiya baxımından məqsədəuyğunluq prizmasından yanaşır. Azərbaycan regionda strateji əhəmiyyətə malikdir, deməli, Tramp erməni lobbisinin maraqları naminə bu ölkə ilə münasibətlərini qurban verməz”, - A.Korobkov mülahizə yürüdür. Bununla bərabər, o əmindir ki, hələlik Qarabağ münaqişəsibnin həllində ciddi dəyişikliklər gözləmək əbəsdir, çünki tərəflərdən heç biri öz mövqeyindən çəkilməyə hazır deyil. Nəzərə alsaq ki, onlar bir-birinə daban-dabana ziddir, ciddi irəliləyişə ümid etmək çətindir. "Son illər ərzində belə münaqişələrin hərb yolu ilə həllinə bır sıra cəhdlər olub, lakin onlar problemin həllinə deyil, onun daha da dərinləşməsinə səbəb oldular. Buna görə də, zəruridir ki, Qarabağ münaqişəsinin tərəfləri hərbi əməliyyatların bərpasına yol verməsinlər, çünki bu bütün regiona mənfi təsir göstərəcək”, politoloq xəbərdarlıq edir. O, bu məsələdə Avropaya bel bağlamağı da məsləhət görmür, belə ki, politoloqun fikrincə, burada baş vermiş böhranla əlaqədar avrapolılar hazırda öz problemlərinin həlli ilə məşğuldurlar və çətin ki, Qarabağ kimi münaqişələrin həllində onlardan hansısa bir hərəkət gözləmək mümkün olsun. |
XƏBƏR LENTİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
17.02.19 13:35 | Tramp yeni Suriya mesajı verdi, Avropadan dəstək istədi
16.02.19 21:40 | Zakir Həsənov BƏƏ-yə yola düşdü
16.02.19 21:36 | Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
16.02.19 18:51 | 2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16.02.19 18:21 | Nazirlər münaqişənin tənzimlənməsindən danışdılar
16.02.19 18:09 | "Provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq" -
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
16.02.19 18:05 | Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
16.02.19 18:03 | "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -
Rusiya azərbaycanlılarından BƏYANAT
Rusiya azərbaycanlılarından BƏYANAT
|