» » "Azərbaycan çoxəsrlik dinlərarası mehriban qonşuluq ənənələri ilə məşhurdur"

"Azərbaycan çoxəsrlik dinlərarası mehriban qonşuluq ənənələri ilə məşhurdur" Patriarx Kirill

Bölmə: Siyasət
"Azərbaycan çoxəsrlik dinlərarası mehriban qonşuluq ənənələri ilə məşhurdur"Azərbaycan özünün çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə məşhurdur
Xalqinfo.az trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin bazar ertəsi Bakıda keçirilən dini tolerantlığın möhkəmləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Müraciətdə bildirilir: "Təəssüflər olsun ki, son aylar dinlərarası və millətlərarası sülhün möhkəmliyi sınaqlara məruz qalıb, Ukraynadan, eləcə də Yaxın Şərqdən həyəcanlı xəbərlər gəlir, Rusiya pravoslav kilsəsinə inananlar da daxil olmaqla, xristianların hüquqları kobud şəkildə pozulur".

Patriarx Kirill qeyd edib: "Əminəm ki, yalnız siyasi və dini liderlərin möhkəm və həmrəy mövqeyi dünyada ümumi sabitliyi ciddi şəkildə təhdid edən dini və milli zəmində münaqişələrin gərginləşməsini dayandırmağa qadirdir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler