» » Tacikistan Prezidenti İlham Əliyevi təbrik etdi

Tacikistan Prezidenti İlham Əliyevi təbrik etdi

Bölmə: Siyasət
Tacikistan Prezidenti İlham Əliyevi təbrik etdiTacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Xalqinfo.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin yüksək peşəkarlığınız və dövlət başçısı vəzifəsində Azərbaycan cəmiyyətinin geniş dəstəyinə əsaslanan qurucu siyasətiniz dost Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına daim şərait yaradır.

Biz Tacikistan ilə Azərbaycan arasında əldə edilmiş siyasi etimadın və qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinə, ali səviyyədə dialoqun davam etdirilməsinə Sizin böyük töhfənizi də görür, onların ardıcıl olaraq möhkəmləndirilməsini mühüm amil hesab edirik.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızın rifahı naminə iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bizim birgə səylərimiz sayəsində bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler