İlham Əliyevə təbriklər davam edirBölmə: Siyasət
Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Xalqinfo.az bildirir ki, təbrikdə deyilir: “Hörmətli Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sürətlə dəyişən bugünkü dünyada Sizin rəhbərliyiniz ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib. Ölkənizin beynəlxalq qurumlar çərçivəsində məsələləri dialoq vasitəsilə həll etməyə sadiqliyi digərləri üçün mükəmməl modeldir. Eyni zamanda, dövlətiniz xalqınız üçün uzunmüddətli rifahı təmin etməyə müvəffəq olub. Bu fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı mükəmməl və daha da möhkəmlənməkdə davam edən əlaqələri xüsusilə dəyərləndirdiyimi və iki ölkə arasında əməkdaşlığın genişlənməsi naminə verdiyiniz töhfələrə görə Monteneqroda hamımızın adından Sizə dərin minnətdarlığımı bildirirəm. Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|