Çin prezidenti İlham Əliyevi təbrik etdiBölmə: Siyasət
Çin Xalq Respublikasının rəhbəri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Xalqinfo.az xəbər verir ki, S. Cinpin təbrik məktubunda ən xoş arzularımı bildirməyi özünə şərəf saydığını vurğulayıb: “Son illərdə Çin və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib. Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə ölkələrimiz arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm. Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|