» » “Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etmək hüququ olmalıdır”

“Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etmək hüququ olmalıdır”

Bölmə: Siyasət
“Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etmək hüququ olmalıdır”“Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etmək hüququ olmalıdır”.

“Xalqinfo” xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa parlamentdə “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

O qeyd edib ki, burada əsas məsələ bir çox hallarda dövlətin funksiyalarının bölüşdürülməsindən söhbət gedir: “ Burada söhbət məsuliyyətin bölüşdürülməsindən gedir. Silahlı Qüvvələr elə bir qurumdur ki, müəyyən məsələlərdə Milli Məclisin səlahiyyəti qeyd olunmalıdır. Prezident tərəfindən parlamentə təqdimat verilir, Milli Məclisin Silahlı Qüvvələrlə bağlı məlumatı olmalıdır ki, ona səs verə bilsin. Hər hansı qapalı iclas da olsa bu haqda deputatlar bilməlidir. Milli Məclisin müəyyən məsələlərdən xəbəri olmayanda belə problemlər ortaya nəzərə çıxır. Baxın, penitensiar sistemdə baş verən problemlərə. Dustaqlar qaçır, ölür və. s hallar baş verir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler