» » Putin-Ərdoğan görüşündə qəribə olay:

Putin-Ərdoğan görüşündə qəribə olay: Son anda...

Bölmə: Siyasət
Putin-Ərdoğan görüşündə qəribə olay:
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı S-400 raket sistemlərinin satışı ilə bağlı müqaviləni imzalamaqdan son anda imtina etdi.

Axar.az xəbər verir ki, bu sözləri “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnik öz məqaləsində qeyd edib.

O bildirib ki, hətta bunun üçün liderlərin olduğu kürsüyə böyük masa gətirilmişdi:

“Putin və Ərdoğanın ikitərəfli görüşü gözləniləndən qısa oldu. Rusiyalı nümayəndələr heyətlərarası görüşün hələ çox sonra başlayacağını düşünürdü. Lakin görüş salonuna qısa zamanda dəvət edilmələri onlarda çaşqınlıq yaratdı. Daha sonra Ərdoğan və Putinin iştirak etdiyi mətbuat konfransında qəribə olaylar baş verdi. Xidmətçilər böyük bir masanı çətinliklə kürsüyə qaldırdı. Qarşısına da iki qələm və iki oturacaq qoydu. Tərəflərin müqavilə imzalayacağı gözlənilirdi. Lakin gözlənilən olmadı. Prezidentlərin masa arxasında əyləşmələrinə bir neçə dəqiqə qalmış böyük masa kürsüdən götürüldü. Rusiyalı nümayəndələrdən bir tanış həmin masanın S-400 razılaşması ilə bağlı gətirildiyini dedi. Sonradan isə jurnalistlərdən bu yöndə sual almayan Putin məsələni özü cavablandırdı. O, bildirdi ki, kredit proseduru yekunlaşdıqdan sonra S-400-lə bağlı imzalanma mərasimi olacaq. Beləliklə, ən dərin razılaşmalar Ərdoğanla oldu”.

Qeyd edək ki, dünən tərəflərin görüşü Ankarada baş tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler