» » Komitə sədri 4-cü Dünya İnternet Konfransına qatılacaq

Komitə sədri 4-cü Dünya İnternet Konfransına qatılacaq

Bölmə: Siyasət
Komitə sədri 4-cü Dünya İnternet Konfransına qatılacaqMilli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak etmək üçün dekabrın 1-də Çin Xalq Respublikasının Vuzhen şəhərinə səfər edəcək.

“Xalqinfo”nun məlumatına görə, komitə sədri “Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə “Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdən olacaq.

Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq. F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.

Bununla yanaşı səfər zamanı “Ümumdünya Çin Gənclər təşkilatı ilə” də görüşün keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, səfərdə “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının baş katibi Aytən Əliyeva da iştirak edəcəkdir.

Səfər dekabrın 6-da başa çatacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler