» » Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Bölmə: Siyasət
Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tojvo Klaar gələn həftə Azərbaycana səfər edəcək.

Xalqinfo.az xəbər verir ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Report-a verilən məlumata görə, dekabrın 4-5-də baş tutacaq səfər çərçivəsində T.Klaar bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.

Bu, T.Klaarın bu vəzifəyə təyin olunduqdan sonra Bakıya ilk səfəridir.

Xatırladaq ki, noyabrın 13-də Avropa İttifaqı Şurası onun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinatını təsdiqləyib.

Toyvo Klaar 2014-ci il iyulun 8-dən bu vəzifəni tutan səfir Herbert Zalberi əvəz edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler