» » Prezident İlham Əliyev bir sıra görüşlər keçirib -

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO

Bölmə: Siyasət
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib -"Xalqinfo.az" azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanda iqtisadi fəaliyyətin daha da optimallaşdırılması, xidmət sahəsində həyata keçirilən genişmiqyaslı islahatların, o cümlədən ölkəmizdə yaradılan “ASAN xidmət” tərəfindən görülən işlərin əhəmiyyəti vurğulandı. Bildirildi ki, Dünya Bankı Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə öz dəstəyini verməkdə maraqlıdır.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler