» » "Biz bilirik münaqişələrin kökü haradadır" -

"Biz bilirik münaqişələrin kökü haradadır" - Ukrayna səfiri

Bölmə: Siyasət
"Biz bilirik münaqişələrin kökü haradadır" -
Bakıda "Ukrayna inqilabı 1917-1921-ci illər" 100 il sonra. Faciədən qələbələrə" mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Ukraynanın Azərbaycandakı səfirliyi və Azərbaycan Ukrayna Konqresinin təşkilatçılığı ilə baş tutub.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko 1917- 921 - ci illərdə Ukraynada baş verən inqilabın mərhələləri barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, 1919-1920-ci illərdə Azərbaycanda Ukraynanın diplomatik missiyasının fəaliyyət göstərdiyini də xatırladıb. Səfir qeyd edib ki, 1919-cu il yanvarın 22-də Ukrayna torpaqları Ukrayna Xalq Respublikası adı altında birləşib.

Rusiya və Ukrayna arasında yaşanan gərginliyə toxunan A. Mişşenko bildirib ki, Dağlıq Qarabağ, Donbas, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada mövcud münaqişələri nə Azərbaycan, nə Ukrayna, nə Moldova, nə də Gürcüstan yaradıb: "Əgər bu ölkələrdən birində hərbi əməliyyatlar başlasa, bu, zəncirvarı effekt verəcək. Biz bilirik bu münaqişələrin kökü haradadır".

Səfir 1932-1933-cü illərdə Ukraynada Qolodomor faciəsi barədə də çıxış edib. O deyib ki, Ukraynada 1932-1933-cü illərdə milyonlarla insan aclığın qurbanı olub: "Qolodomor faciəsi kommunist rejimi tərəfindən həyata keçirilən kütləvi terror və soyqırım idi. 1933-cü ildə soyqırım özünün pik nöqtəsinə yüksəlib. Həmin vaxt hər gün 25 min insan ölüb".

Konfrans çıxışlarla davam etdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler