» » Erməni icması ilə müzakirəyə hazırıq, ancaq… -

Erməni icması ilə müzakirəyə hazırıq, ancaq… - Millət vəkili

Bölmə: Siyasət
Erməni icması ilə müzakirəyə hazırıq, ancaq… -
Avropa separatizmin nəticəsi olan miqrant problemini yaşadıqdan sonra Azərbaycanın qaçqın və məcburi köçkünlərinin durumunu anlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumda çıxışı zamanı millət vəkili Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, təəssüf ki, dünya hüquqla deyil, hüquqsuzluqla idarə olunur:

“Biz illərdir ki, ikili standartla üz-üzəyik. Kataloniya məsələsi Qarabağ münaqişəsindən fərqli olsa da, Avropanın, nəhayət, öz başına gələndən sonra azərbaycanlıların probleminə ədalətli yanaşacağını gözləyirik. Mən Qarabağ icmasının üzvü kimi bilməyinizi istərdim ki, erməni icması ilə müzakirələrə hazır olduğumuzu dəfələrlə bildirsək də, buna nail ola bilməmişik. Biz münaqişənin həll olunmasını istəyirik və dünyanı haqq səsimizi eşitməyə çağırırıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler