» » Deputatdan Qurbanovun milliyə baş məşqçi gətirilməsinə -

Deputatdan Qurbanovun milliyə baş məşqçi gətirilməsinə - Münasibət

Bölmə: Siyasət
Deputatdan Qurbanovun milliyə baş məşqçi gətirilməsinə -
Azərbaycan Futbol Federasiyaları Assosassiyasının (AFFA) İcraiyyə Komitəsi “Qarabağ” komandası ilə Çempionlar Liqasında uğurlu nəticələr qazanan Qurban Qurbanovu Azərbaycan millisinin baş məşqçisi təyin edib.

AFFA-nın bu qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçisi təyin olunması “Qarabağ” ın uğuruna son qoyacaq.

Digər tərəfdən isə bildirilir ki, Qurban Qurbanov eyni vaxtda Azərbaycan millisinə və “Qarabağ” klubuna rəhbərlik edəcəyi təqdirdə millinin futbolçuları yalnız “Qarabağ”ın oyunçularından ibarət olcaq ki, bu da ayrı-seçkiliyə gətirəcək.

“Xalqinfo” xəbər verir ki, Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovdan münasibət öyrənib.

Komitə sədri bildirib ki, bu günə kimi Azərbaycan millisinin baş məşqçisi postuna təyinatlar daha çox eksperiment xarakteri daşıyıb:

“Mən heç vaxt xarici futbol mütəxəssislərin Azərbaycan millisinin baş məşqçisi postuna gətirilməsinin əleyhinə deyiləm. Xarici təcrübənin öyrənilməsi və Azərbaycan futboluna tətbiqi vacib məsələdir. Amma çox təəssüflər olsun ki, bu günə qədər Azərbaycan millisinin baş məşqçisi postuna gətirilən xarici futbol mütəxəssisləri yaxşı bir nəticə göstərə bilməyiblər”.

F.Muradov deyib ki, Qurban Qurbanov tanınmış, ciddi üslubu, sərtliyi ilə seçilən, işinin peşəkarı olan baş məşqçidir.

“O, “Qarabağ” Futbol Klubunun timsalında dediklərimizi əyani şəkildə göstərir. Ümid edirəm ki, Qurban Qurbanov Azərbaycanda milli futbol məktəbinin inkişafında, millimizə peşəkar futbolçuların cəlb edilməsində öz sözünü deyəcək. Bir daha qeyd etmək istəyirəm ki, bunu onun keçdiyi həyat yolu və göstərdiyi nəticə deməyə imkan verir.

Əminəm ki, baş məşqçisi kimi Qurban Qurbanov “Qarabağ”dakı uğurlarını millimizdə də davam etdirəcək. Bunun üçün bütün idman ictimaiyyəti, futbolla bağlı insanlar, hər birimiz Qurban Qurbanova dəstək olmalıyıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler