» » İlqar Məmmədov azadlığa çıxıb?

İlqar Məmmədov azadlığa çıxıb?

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlqar Məmmədov azadlığa çıxıb?
Bir neçə saat əvvəl eyni vaxtda bir neçə mənbədən “REAL” hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb.

“Xalqinfo” xəbər verir ki, bu barədə Virtualaz.org-un redaksiyasına hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfərova və Dilarə Əliyeva məlumat veriblər.

Ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil və İlqar Məmmədov 2 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdə davam edir.

Qeyd edək ki, İ.Məmmədovun azad olunması haqda xəbər verən hüquq müdafiəçilərinin məlumatına görə, Avropa Şurasının baş katibi Turbern Yaqland Azərbaycanın Avropa Şurasından çıxarılması prosesinə başlamaq niyyətindədir və məhbusun azad olunmasını tələb edir.

Xatırladaq ki, Ağır Cinayətlər üzrə Şəki Məhkəməsi 17 mart 2013-cü ildə İsmayıllıdakı məlum qarışıqlıqların təşkilinə və orada iştirakına görə 18 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib. “REAL” hərəkatının lideri İlqar Məmmədov 7 il həbs cəzası alıb.

Beynəlxalq təşkilatlar, həmçinin ABŞ hökuməti və Avropa Birliyi İ.Məmmədovun azad olmasında təkid edirlər. Müvafiq qərar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler