» » Əli Kərimlinin 25 il cangüdəni olmuş şəxs onu niyə ifşa etdi -

Əli Kərimlinin 25 il cangüdəni olmuş şəxs onu niyə ifşa etdi - reaksiya

Bölmə: Siyasət
Əli Kərimlinin 25 il cangüdəni olmuş şəxs onu niyə ifşa etdi -
AXCP sədri Əli Kərimlinin bir nömrəli cangüdəni Kərim Mehdiyevin sensasion faktlar açıqlaması siyasi partiyalar tərəfindən də birmənalı qarşılanmayıb.

Bununla bağlı musavat.com-a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, əslində Əli Kərimli haqqında zaman-zaman deyilənlər faktlardı və reallığa söykənir: “Kərim Mehdiyevi uzun müddətdir tanıyıram. Təxminən 25 ilə yaxındır ki, Əli Kərimlinin əsas cangüdəni kimi çalışıb. Kərim bəy Əli Kərimlinin İngiltərədə oxuyan övladlarının təhsil haqqının yüz minlərlə manat olduğu halda, ictimaiyyətə və yaxın silahdaşlarına yalan danışdığı faktını deyib. O, Kərimlinin saxtakarlıqda da qınayıb. Kərimlinin övladlarının 5 illik təhsil haqqının 2 milyon manatdan artıq olduğunu yazıb. Bilirsiniz, indi texnologiya o qədər inkişaf edib ki, 5 dəqiqə ərzində İngiltərə unversitetlərinin illik xərclərinin nə qədər olduğunu görmək olur. Əli Kərimlinin utanmadan yalan danışmağı, yalandan yaxın dostlarına and içməyi də var. Onu tanıyanlar bunu çox yaxşı bilir. Görünür, artıq Kərim bəy kimi insanlar onun bu cür yalanlarından iyrəniblər və bu səbəbdən də əsl həqiqəti ictimaiyyətə çatdırıblar. Sonda bir faktı da diqqətinizə çatdırım. Əli Kərimli yeganə şəxsdir ki, kim onunla bir yerdə çalışıbsa, əməkdaşlıq edibsə, sonda, həmin adam Əli Kərimlinin xəyanətkar, yalançı, pulgir, saxtakar və satqın olduğunu bəyan edib. Həqiqət budur ki, Kərimli Əbülfəz Elçibəyə, yaxın dostlarına, silahdaşlarına, qrup yoldaşlarına öz şəxsi maraqları üçün hər zaman xəyanət edib. Odur ki, bir daha qeyd etmək istəyirəm ki, Əli Kərimli Azərbaycan ictimai-siyasi həyatında XƏYANƏTKAR simvolu kimi xarakterizə olunur. Bu, onun alnına vurulmuş möhürdür”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler