» » Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı

Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı
“Azərbaycanda Demokratiya Komitəsi (CODA) mediaya azadlıq istəyir”.

2010-cu ilin 4 may tarixində “Youtube”də bu adla yayımlanan videoda iki gənc ağzı köpüklənə-köpüklənə Azərbaycanda media azadlığından danışaraq jurnalistlərin müdafiəsinə qalxırdı. Videoda danışan şəxslər “Ramal en Toural Tomatov” (holland dilində) olaraq təqdim olunur. (https://www.youtube.com/watch?v=hAv8vd7CIAE).

Həmin tarixdən 6 ay sonra, 2010-cu ilin 9 noyabrında Azərbaycanın Hollandiyadakı səfirliyinin önündə aksiya keçirildi və Emin Milli (“Meydan Tv”-nin rəhbəri) ilə Adnan Hacızadənin hüquqlarının müdafiəsi haqda şüarlar səsləndirildi. Aksiyanın təşkilatçısı Toeral Goemmatov idi, 6 ay öncə yayılmış videoda ağzı köpüklənə-köpüklənə danışan şəxs… (https://www.youtube.com/watch?v=hw2_SkaASkI).

Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı

Aksiyadan bir gün öncə Toeral Goemmatovun adından “press-reliz” yayılmış və “əziz azərbaycanlılar sizi Azərbaycan səfirliyinin önündə aksiyaya dəvət edirik. CODA-nın sədri Toeral Goemmatov” deyə qeyd olunmuşdu. Aksiya keçirildi və eşşək geyimli şəxslər Emin Milli ilə Adnan Hacızadəyə azadlıq üçün Azərbaycanın qarasınca sözün həqiqi mənasında eşşək kimi bağırdılar da.

Emin Milli və Adnan Hacızadənin “müdafiəsi uğrunda” keçirilən aksiyadan 7 il sonra, 2017-ci ilin 7 iyununda “Meydan Tv” Tiflisdə yuva quran anti-Azərbaycan şəbəkəsinin üzvü Əfqan Muxtarlının ədalət qarşısına çıxarılmasının əleyhinə videosüjet hazırlayır. Videoda Azərbaycanla yanaşı, Gürcüstan da tənqid olunur, Tiflisin milli respublikalara qarşı qərbçi dairələrin əlində oyuncağa çevrilənlərə qucaq açmamasından təəssüflə bəhs edilir. Sıradan bir videosüjet, yaxud “Meydan Tv”-nin Avropanın siyasi kuluarlarında hazırlanmış informasiya xəttini özündə tamamilə əks etdirən yanaşma. Burada “7 il öncəki aksiya ilə “Meydan Tv”-nin bu günlərdə hazırladığı videosüjet arasında hansı əlaqə var” sualı önə çıxır. İlk baxışdan, heç bir əlaqə görünməyə bilər, lakin süjetin sonunda bir qeyd diqqət çəkir: “in partnership with Coda” (Coda ilə əməkdaşlıq). Və bu qeyd Azərbaycanın dövlət quruluşuna qarşı “azadlıq və demokratiya” adı altında qurulan şəbəkənin ilmələrini bir-bir açır.

Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı














CODA (Committee Outlines of Democracy in Azerbaijan): Azərbaycanda Demokratiya Komitəsi. Bu təşkilat 2010-cu ilin 19 may tarixində Hollandiyada qeydiyyatdan keçib, Voorburg şəhərində fəaliyyət göstərir. Rəsmi ünvanı belədir: Herman Heijermanshof 25. Rəhbəri Toeral Goemmatovdur.

Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı






Özünü Toeral Goemmatov deyə təqdim edən şəxs Azərbaycan dövlət quruluşunun bölünməsinə hesablanan separatçı fəaliyyəti ilə məşhurlaşmış, vaxtilə məhz separat fəaliyyətinə görə həbs edilən, daha sonra Hollandiyaya köçən, hazırda İrəvanda “qəhrəman” kimi qarşılanan və talışların adından yararlanaraq, külli miqdarda pul qazanan, həmçinin, məhz bu ad altında Azərbaycana qarşı separatçılıq işini davam etdirən Əlikram Hümbətovun oğlu Tural Hümbətovdur. Ə.Hümbətov 2010-cu ildə bu təşkilatı yaradıb, rəhbərliyinə isə oğlu T.Hümbətovu təyin edib. T.Hümbətovun rəhbərlik etdiyi CODA təşkilatı “Talış Azadlıq Hərəkatı” adlı separatçı təşkilatla eyni ünvanda – Voorburg şəhəri, Herman Heijermanshof 25-də yerləşir. 7 il öncə Hollandiyada Azərbaycan səfirliyinin önündə Emin Milli və Adnan Hacızadənin “müdafiəsi uğrunda” keçirilən aksiya da məhz bu ünvanda hazırlanmışdı.

Bu fakt Avropada lüks həyat içində yaşayaraq, Azərbaycan xalqının haqları uğrunda “döyüşdüyünü” iddia edən Emin Millinin və onun rəhbərlik etdiyi “Meydan Tv”-nin ermənilərin maddi və siyasi dəstəyinə söykənərək, Azərbaycan dövlət quruluşuna qarşı təkcə separatçı yox, həm də terrorçu kimi (terrorun mahiyyəti təkcə bombalamaq yox, həm də hüquqi dövlətin məhvinə çalışmaqdır) fəaliyyət göstərən Əlikram Hümbətovla işbirliyini sübut edir. Və burada Emin Millinin sığındığı Avropanın dühası önündə baş əydiyi Viktor Hüqonun sözləri yada düşür: “Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir”. Emin Milli milli xəyanətini Azərbaycan haqda doğru olmayan, şişirdilmiş məlumatlar yaymaqla məhdudlaşdırmır, həm də Azərbaycanın dövlət quruluşunu məhv etməyi özünə məqsəd seçən separatçı Hümbətovlarla “eyni yatağa girir”.

Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı

(Hərçənd, “Meydan Tv” iddia edə bilər – güman ki, edir də – tərəfdaşlıq etdikləri Coda özünü böhran jurnalistləri komandası olaraq təqdim edən “Codastory” təşkilatıdır. Bu təşkilatın baş ofisi Nyu-Yorkda yerləşir, Cənubi Qafqaz üzrə ofisi isə “14 Paolo Iashvili Street, Tbilisi 0105” ünvanındadır. Lakin bu təşkilatın rəsmi saytında “Meydan Tv”-i ilə əməkdaşlıq haqda heç bir məlumat yoxdur).

Burada sual yaranır, hansı ki, cavab həm də gələcək hədəfin nə olduğunu ortaya çıxarır: “Meydan Tv” Əlikram Hümbətovun təşkilatının adını tərəfdaşı kimi göstərərək, niyə separatçılarla işbirliyini açıqlayır?”.

1. Azərbaycanda, elə Avropanın özündə də əksəriyyət CODA-nın əsas hədəfinin separatçılıq olduğunu bilmir. Çünki təşkilatın adı “Azərbaycanda Demokratiya Komitəsi”dir və fəaliyyət istiqaməti “demokratiyanın müdafiəsi” olaraq göstərilir.

2. “Meydan Tv” CODA-nın adını videosüjetində qeyd etməklə bu təşkilatı reklam edir. Bu, ilk növbədə Emin Millinin maliyyə aldığı mənbənin qarşısında götürdüyü öhdəlik ola bilər, digər tərəfdən, separatçıların məhz demokratiya adı altında legitimləşdirilməsi prosesi aparılır.

Məhz bu proses bir-birindən istifadə edən iki cəbhənin öz maraqlarına işlədiyini və Azərbaycana qarşı anti-milli şəbəkənin kifayət qədər təhlükəli olan əsas hədəfini də ortaya çıxarır:

Əlikram Hümbətovun marağı: bu separatçını adından istifadə etdiyi talış xalqı daşqalaq edərək qovdu, hətta ölkədən qaçmasaydı, linç belə edərdilər. Özlüyündə bu məqam separatçıların Azərbaycanda heç bir dayağının olmadığını sübut edir. Onun CODA təşkilatı yaradaraq, xain fəaliyyətini demokratiya pərdəsinin arxasında gizlətməsi də məhz buradan qaynaqlanır. Çünki “Talış Xalq Hərəkatı” adlı təşkilatı üzərindən hərəkət etməklə Azərbaycanda heç bir dəstək qazanmayacağını bilir, Avropada isə yalnız özü kimi alçaq – sözün hər iki mənasında separatçılardan başqa ona heç bir dəstək verən olmayacaq. Lakin “Azərbaycanda media azadlığı, demokratiya quruluşu” adı altında hərəkət etmək ona həm separatçı fəaliyyətini pərdələməyə, həm də müəyyən dəstək əldə etməyə imkan yaradır.

Anti-Azərbaycan şəbəkəsinin marağı: Azərbaycana qarşı “demokratiya”, “azadlıq” kimi klassik müdaxilə üslublarından istifadə edərək, Bakını təzyiq altında saxlamaq və maraq savaşında nəsə əldə etmək istəyən Qərbdəki dairələrin bu savaşda separatçılardan istifadə etmək ehtimalı böyükdür. Əgər bu kontekstdən çıxış etsək, hesab etmək olar ki, eyni dairələr separatçıları “demokratik müstəviyə” keçirərək, daha təsirli rıçaqlar əldə etmək istəyir. CODA-nın qeydiyyata alınması və kifayət qədər geniş imkanlar yaradılması da bu ehtimalı gücləndirir. “Meydan Tv” də məhz bu prosesin legitimləşdirilməsində potensial platformadır.

Amma açıq qalan suallar var: Anti-Azərbaycan şəbəkəsi hansı təşkilatları, yaxud hansı qüvvələri özündə birləşdirir? Müdaxilə üçün “demokratiya üsulu”nu seçən və liberalizm bayrağı altında toplaşan dairələr həqiqətənmi Azərbaycana təzyiq üçün beynəlxalq hüququn qəbul etmədiyi separatizmi dəstəkləyir?Qərbdəki dairələrin bundan istifadə etməsi istisna deyil. Lakin o da məlumdur ki, anti-Azərbaycan şəbəkəsinin arxasında erməni lobbisi dayanır: Freedom House, People in Need, Human Rights Watch, NDI, eləcə də keçmiş dövlət katibi Con Kerrinin kabinetindən idarə olunan şəbəkə. Bütün bunların bazasını erməni diasporu və erməni lobbisinin təşkil etdiyi sübut olunub. Ermənilər də Qərbdəki dairələrin Azərbaycana təzyiq edərək, Dağlıq Qarabağda təslimçi sülhə məcbur etmək istədiklərini özləri etiraf ediblər.

Misal üçün, ötən ilin “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda jurnalist Tavos Arşakyan Qərbi tənqid edərək, qəzəblə yazırdı: “Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o sanksiyalar?!”.

Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı

Bütün bunların fonunda “Meydan Tv” + CODA əməkdaşlığının daha genişmiqyaslı hədəfi olduğu görünür:

Əlikram Hümbətov Hollandiyaya köçəndən sonra separatçı fəaliyyətini davam etdirir və ən böyük dəstəyi erməni diasporu və lobbisindən alır; Onu İrəvanda “qəhrəman” kimi qarşılayırlar, işğal olunmuş Azərbaycan torpaqlarında – Şuşada “Talışıstan Tv” və “Talışıstanın səsi” radiosu yaradılır; 2010-cu ildə erməni lobbisinin dəstəklədiyi, Azərbaycana qarşı addımları ilə seçilən “demokratik şəbəkəyə” CODA – Azərbaycanda Demokratiya Komitəsi daxil edilir; Komitə həmin vaxt həbsdə olan Emin Milinin müdafiəsini təşkil edir; Emin Milli həbsdən çıxandan sonra Əlikram Hümbətov kimi Avropaya köçür və “Meydan Tv”-ni təsis edir; Separatçılara maliyyə ayıran erməni lobbisi eyni dəstəyi Emin Milliyə də verir və onun qarşısına sadə bir tələb qoyulur: “CODA-nın adını videosüjetlərə daxil etmək və bu təşkilatın demokratiya şəbəkəsinə daxil olduğunu legitimləşdirmək”.

Gürcüstanın “kavkazplus” saytının bir neçə həftə öncə yazdıqları diqqət çəkir: “Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayırır, xüsusilə media sahəsində kömək edir. Misal üçün, işğal olunmuş Şuşada yaradılan “Talışıstanın səsi” radiosu belə layihələrdəndir. Bu işi İrəvan rejimi və erməni lobbisi həyata keçirir. Erməni lobbisi analoji addımları Gürcüstana qarşı da atmağa başlayıb. Ermənilər Azərbaycan və Gürcüstana qarşı separat fəaliyyəti erməni lobbisinə bağlı KİV üzərindən aparılır”.

Erməni lobbisinə bağlı KİV: “Meydan Tv”-nin əməkdaşlıq etdiyi və dəstək aldığı Freedom House, People in Need, Human Rights Watch və s. demokratiya şəbəkəsinin erməni lobbisinə bağlı olduğunu nəzərə alsaq, deməli, Emin Millinin KİV-i də eyni fəaliyyətlə məşğuldur – bilərəkdən, ya bilməyərəkdən…

Emin Milli və Əlikram Hümbətovun birgə planı: Azərbaycana qarşı CODA əməliyyatı







Hədəf isə aydındır:

a) “Meydan Tv” vasitəsilə Azərbaycanda iqtidar əleyhinə kampaniyalar aparılır. Məsələni bir az da dəqiqləşdirsək, bu KİV-in adının assosiasiya olunduğu “Maydan” hadisələrinin toxumu səpilir.

b) “Meydan Tv” bu hədəfə gedən yolda separatçı Hümbətovların CODA təşkilatının demokratiya imicini formalaşdırır. (Burada hədəf yayındırmaq üçün Hümbətovların təşkilatının adının bilərəkdən “Codastory” təşkilatına uyğun seçilə biləcəyi də istisna deyil).

c) Azərbaycanda “yaradılacaq qarışıqlıqda” CODA demokratiyanın müdafiəsi təşkilatı olaraq proseslərə müdaxilə hüququnu qazanır.

d) Beləliklə, separatçılar Azərbaycana “demokratiya” adı altında “giriş hüququ” əldə edir. Nəticədə “demokratik inqilab” adı ilə başladılan xaosda Azərbaycan bölünmə təhlükəsi ilə üzləşir.

Bu indiki məqamda konspiroloji görünə bilər, lakin hadisələrin inkişafı fonunda bütün daşlar yerinə oturur: Hədəf Azərbaycanın dövlət quruluşudur. Ermənilər belə məqsədlərinin olduğunu gizlətmir və görünür, “Meydan Tv” bu prosesin informasiya cəbhəsini təşkil edir.(Publika.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler