» » QHT-lərdən müqavilə əsasında işləmək tələb olunacaq

QHT-lərdən müqavilə əsasında işləmək tələb olunacaq

Bölmə: Siyasət
QHT-lərdən müqavilə əsasında işləmək tələb olunacaq

Azərbaycanda qeyri-hökumət təşkilatlarından xidmətlərin göstərilməsinin, malların satışının və görülən işlərin müqavilə əsasında həyata keçirilməsi tələb olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna yeni 24-2.-ci maddə əlavə olunur. Yeni maddəyə əsasən, “Qeyri hökumət təşkilatı tərəfindən bu qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır”.

Əlavə olunmuş yeni maddədə o da göstərilir ki, “Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 17-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler