» » Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Bölmə: Siyasət
Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində hökmdən kassasiya şikayəti verilib.

"Xalqinfo" xəbər verir ki, vəkil Toğrul Babayevin APA-ya verdiyi məlumata görə, şikayət Ali Məhkəməyə təqdim edilib. Yaxın vaxtlarda şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

Vəkil əlavə edib ki, Ə. İnsanov istintaq təcridxanasından 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. T. Babayev müvəkkili ilə görüşdüyünü və səhhətinin normal olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler