Heydər Əliyevə fəxri adının verildiyi tədbir – Kremldəki tədbirdə kimlər olub? + VideoBölmə: Siyasət
İnternetdə mərhum prezident Heydər Əliyevin sovet zamanında çəkilmiş maraqlı video xronikası yayılıb. Xalqinfo.az Strateq.az-a istinadən xəbər verir ki,1979-cu ildə çəkilmiş kadrlarda SSRİ rəhbərliyinin iştirakı ilə Kremldə Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi əks olunub. Sov.İKP-nin baş katibi Leonid Brejnev təbrik mətnini oxuyur və Lenin ordenini və “Oraq və Çəkic” ordenini o zaman Azərbaycan SSRİ-nə rəhbərlik edən Heydər Əliyevə təqdim edir. Brejnev çıxışında bildirir ki, Heydər Əliyev böyük təşkilatçılıq və siyasi fəaliyyətinə görə təltif olunur. “Bu mükafat təkcə sizin enerjili fəaliyyətinizə deyil, bütövlükdə Azərbaycan zəhmətkeşlərinin əməyinə verilən qiymətdir”-deyə Brejnev vurğulayır. Cavab çıxışında H.Əliyev təşəkkür edir və dərin həyəcanla fəxri mükafatı aldığını bildirir. Kadrlarda Brejnev çox zəif görünür. Onun kağızdan oxuduğu çıxışında bir qədər dolaşıqlıq hiss olunur. Kadrlarda həmçinin SSRİ-nin gələcək rəhbəri Mixail Qorbaçov da gözə dəyir. Heydər Əliyev çıxış etdiyi zaman Qorbaçovun diqqətlə ona baxdığı görünür. Xatırladaq ki, mərhum Heydər Əliyev 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|