» » Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi

Bölmə: Siyasət
Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi
Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına fayda verəcək.

Bunu Trend-ə millət vəkili Cavanşir Feyziyev Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin ötən gün Soçidə baş tutan görüşünü şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər mütəmadi xarakter alıb: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təşkil olunmuş Minsk qrupunun həmsədrlərindən əhəmiyyətli birisidir, regionda əsas güc sahibidir və Azərbaycan üçün də mühüm tərəfdaşdır. Bölgədəki münaqişələrin həlli istiqamətində Rusiya ilə daimi məsləhətləşmələr aparmaq da olduqca əhəmiyyətlidir. Eyni zamanda Rusiya özünü Sovet İttifaqının varisi hesab edir və bu səbəbdən kökü SSRİ dövrünə gedib çıxan münaqişələrin həllində də məsuliyyət daşımalıdır. Hesab edirəm ki, Rusiya əgər bu münaqişələrin həlli istiqamətində əhəmiyyətli addımlar atmaq istəsə, bölgədəki bu problemlər qısa vaxtda həllini tapar".

C.Feyziyev qeyd edib ki, bu gün Azərbaycan Rusiya ilə müstəqil qonşuluq siyasəti aparır: "Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, ən böyük qonşusudur. Hesab edirəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına fayda verəcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler