» » “İslam dünyası ilə əməkdaşlığın inkişafında İƏT əvəzsiz platformadır”

“İslam dünyası ilə əməkdaşlığın inkişafında İƏT əvəzsiz platformadır” Məmmədyarov

Bölmə: Siyasət
“İslam dünyası ilə əməkdaşlığın inkişafında İƏT əvəzsiz platformadır”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

E. Məmmədyarov isə 2017-ci ilin Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İslam həmrəyliyi ili elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler