» » Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı təsdiqləndi

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı təsdiqləndi

Bölmə: Siyasət
Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı təsdiqləndi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Kənd Təsərrüfatı Nazirliyinə nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etmək; kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirmək; kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etmək; bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək; Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Prezidenti Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler