Natiq Əliyevi kim əvəz edir?Hazırda mərhum energetika naziri Natiq Əliyevi heç kim əvəz etmir. “Xalqinfo” xəbər verir ki, bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib. Qurum rəsmisi bildirib ki, nazirliyin işi əvvəlcədən planlı şəkildə qurulub: “Nazir müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov öz istiqamətləri üzrə işləri davam etdirirlər. Bu istiqamətlər üzrə də heç bir problem yoxdur”. Yeni nazir təyinatına gəlincə, Z.Əliyeva bu məsələnin ölkə başçısının səlahiyyətində olduğunu bildirib. Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında dünyasını dəyişib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|