» » Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - Reytinq

Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - Reytinq

Bölmə: Siyasət, İqtisadiyyat, MANŞET
Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - Reytinq
Beynəlxalq konsaltinq şirkəti olan "Mercer"in tərtib etdiyi "Cost of Living Survey 2017" adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib.
Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu-York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb.

Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda qazanıb. Onun ardınca Honkonq, Tokio, Surix və Sinqapur gəlir. İlk onluğa həmçinin Seul, Cenevrə, Şanxay, Nyu-York və Bern daxildir.

Moskva reytinqin 14-cü pilləsində qərarlaşdığı halda, Sankt-Peterburq 36-dır.

Bakı 209 ölkə arasında 182-ci yerdə qərarlaşıb. Belarusun paytaxtı Minsk 200-cü, Gücrcüstanın paytaxtı Tbilisi isə 204-dür. Ukraynanın paytaxtı Kiyev yalnız 163-cü yerlə kifayətlənməli olub.

Ən ucuz şəhərlər isə Afrikanın Blantayr və Vindhuk, Skopye (Makedoniyanın paytaxtı), Bişkəkdir (Qırğızıstanın paytaxtı).

Qeyd edək ki, dünyanın ən iri transmilli şirkətləri öz fəaliyyətində "Mercer"in reytinqlərindən və araşdırmalarından istifadə edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler