» » Əmirbəyov Fransadan geri çağırıldı-Prezidentdən qərar

Əmirbəyov Fransadan geri çağırıldı-Prezidentdən qərar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Əmirbəyov Fransadan geri çağırıldı-Prezidentdən qərar
Prezident İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler