» » "Həmsədrlər vəzifələrini regiona səfər etməklə bitmiş bilməsinlər"

"Həmsədrlər vəzifələrini regiona səfər etməklə bitmiş bilməsinlər"

Bölmə: Siyasət
"Həmsədrlər vəzifələrini regiona səfər etməklə bitmiş bilməsinlər"
"ATƏT-in Minsk qrupunun regiona səfərindən gözləntimiz ondan ibarətdir ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Vəzifələrinin təkcə regiona səfər etməklə bitmiş bilməsinlər".

Xalqinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov həmsədrlərin regiona səfəri ilə bağlı deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərir, amma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımi addımlar atılmır:

"Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib.

Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyanat o olmalıdır ki, nəhayət, bu problem öz həllini tapsın. Bu problem həddən artıq çox uzandı.

Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir. Münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin atmasına xidmət edir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler