» » Ərdoğandan prezidentə zəng - Natiq Əliyevdən danışdılar

Ərdoğandan prezidentə zəng - Natiq Əliyevdən danışdılar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Ərdoğandan prezidentə zəng - Natiq Əliyevdən danışdılar
İyunun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Xalqinfo” xəbər verir ki, Türkiyə Prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı İlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP layihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler