» » Nazirin atası reanimasiyaya yerləşdirildi

Nazirin atası reanimasiyaya yerləşdirildi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Nazirin atası reanimasiyaya yerləşdirildi
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atasının səhhəti pisləşib.

Xalqinfo”nun əldə etdiyi məlumata görə, nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan saytımıza bildirilib ki, o, hazırda reanimasiyadadır.

Məhərrəm Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutu ilə də əlaqə saxlanılıb. İnstitutdan bildirilib ki, M. Məmmədyarov bu gün işə gəlməyib. O, sonuncu dəfə mayın 5-də işdə olub.

Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler