» » Sabah dövlət bayrağı yarıya qədər endiriləcək

Sabah dövlət bayrağı yarıya qədər endiriləcək

Bölmə: Siyasət
Sabah dövlət bayrağı yarıya qədər endiriləcək
Sabah Qırğızıstanda milli matəm elan olunması ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində matəm kitabı açılacaq, dövlət bayrağı yarıya qədər endiriləcək.

Xalqinfo” xəbər verir ki, bunu APA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib.

Matəm günü ilə əlaqədar sabah səfirlik fəaliyyət göstərəcək.

Qeyd edək ki, aprelin 29-da yerli vaxtda saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb. Bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev 24 nəfərin ölməsi ilə əlaqədar 30 aprelin milli matəm elan edilməsi barədə sərəncam imzalayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler