» » Sərkisyan daşnaklarla birləşir:

Sərkisyan daşnaklarla birləşir: Razılıq əldə olundu

Bölmə: Siyasət, Dünya
Sərkisyan daşnaklarla birləşir:
Ermənistanın Respublika Partiyası ilə Daşnaksütyun Erməni İnqilab Federasiyası arasında əməkdaşlıq haqqında razılaşma yaxın vaxtlarda imzalanacaq.

Xalqinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın vitse-spikeri Eduard Şarmazanov söyləyib. Hələlik partiyaların hansı formatda koalisiya yaradacaqları haqqında heç bir açıqlama verilmir.

Qeyd edək ki, Ermənistanda keçirilən son parlament seçkisindən sonra qanunverici orqana 4 partiya daxil olub. Hakim Respublika Partiyası seçkidə ən çox səs toplasa da, bu, təkbaşına hökumət qurmağa imkan vermir. Daşnaksütyun isə 7% səs yığa bilib.

Daşnaksütyunla hakim partiya arasında koalisiya razılaşması seçkidən öncə də olub. Belə ki, Sərkisyan daşnaklara hökumətdə 3 nazir postunu verib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler