» » Ermənistanla İran Moskvada Qarabağı müzakirə etdi

Ermənistanla İran Moskvada Qarabağı müzakirə etdi

Bölmə: Siyasət, Dünya
Ermənistanla İran Moskvada Qarabağı müzakirə etdi
Ermənistan və İranın müdafiə nazirləri Vigen Sərksiyanla Hüseyn Dehqan arasında görüş olub.

Musavat.com xəbər verir ki, görüş Rusiya paytaxtında keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidməti xəbər verir ki, tərəflər bir sıra məsələləri, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı tənzimləmə prosesini müzakirə ediblər. “Nazirlər bir daha qeyd ediblər ki, münaqişənin hərbi yolla həlli yoxdur” - məlumatda deyilir.

Qeyd edək ki, beynəlxaql təhlükəsizliklə bağlı Moskva konfransı 2012-ci ildən başlayaraq ənənəvi qaydada təşkil olunur. Ancaq Ermənistan və İran müdafiə nazirlərinin tədbirdə bir araya gəlməsi səbəbsiz deyil. Belə ki, bir həftə öncə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və yüksək səviyyədə görüşlər keçirməsi Ermənistanda xüsusi narahatlıq yaratmışdı. Şübhəsiz ki, V.Sərkisyanın azərbaycanlı nazirin Tehran görüşündən xüsusi narahatlığı olmasaydı, bir neçə ay öncə İranda görüşdüyü həmkarı ilə Qarabağ məsələsini müzakirə etməyə ehtiyac görməzdi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler