» » İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi

İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi

Bölmə: Siyasət
İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Niderlandın Kralı Villem-Aleksandra təbrik məktubu göndərib.

Təbrikdə deyilir: Əlahəzrət, Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

50 yaşınızın tamam olduğu belə bir xoş gündə Sizə bu əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və firavanlıq diləyirəm".

Azərbaycan Prezidenti Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya da təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler