» » Qüdrət Həsənquliyev “deputatların etik davranışı haqqında qanun”a etiraz etdi

Qüdrət Həsənquliyev “deputatların etik davranışı haqqında qanun”a etiraz etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Qüdrət Həsənquliyev “deputatların etik davranışı haqqında qanun”a etiraz etdi
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə etiraz edib.

O, deputatın mandatdan çox asanlıqla məhrum edilməsinə imkan yaradan müddəalara qarşı çıxaraq, sənədi hazırlayan həmkarlarını qınayıb.

Xalqinfo.az “Modern.az”-a istinadən xəbər verir ki, Q.Həsənquliyev deputatlar bu qanunun qəbul edilməsinə səs verəcəklərmi sualına isə belə cavab verib:

“Sözün doğrusu, mən deputatlardan daha çox Prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu Konstitusiyaya zidd qanunlar qəbul edirik.

Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler