» » 16 partiya MSK-ya illik hesabatı təqdim etməyib -

16 partiya MSK-ya illik hesabatı təqdim etməyib - Siyahı

Bölmə: Siyasət
16 partiya MSK-ya illik hesabatı təqdim etməyib -
Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 39-u Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib.

Report-un xəbərinə görə, hesabat təqdim etməyən partiyaların sayı 16-dır.

Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan mskPartiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Bu il aprelin 1-dək cəmi 28 partiya hesabat verib, 11 partiyanın hesabatı isə sonrakı müddətdə qeydə alınıb.

İllik maliyyə hesabatı təqdim edən partiyaların sırasında ƏIi Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) var.

Xatırladaq ki, AXCP 2015-ci ildə keçirdiyi qurultayın sənədlərinin dövlət reyesterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlik bəzi mübahisəli məsələləri əsas gətirərək bundan imtina edib. Əli Kərimlinin sabiq müavini Razi Nurullayev də AXCP adına iddia edərək təşkilat yaradıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler