» » Tramp respublikaçılara ultimatum verdi

Tramp respublikaçılara ultimatum verdi

Bölmə: Siyasət, Dünya
Tramp respublikaçılara ultimatum verdi

ABŞ prezidenti Donald Tramp respublikaçılardan cümə günü (fevralın 24-də) Konqresdə səhiyyə islahatına səs verməyi tələb edib.

Xalqinfo.az xəbər verir ki, bu haqda “New York Times” qəzeti yazıb.
Nəşrin məlumatlarına görə, prezident səhiyyə islahatını dəstəkləməyərək inad edən respublikaçılara ultimatum verib. Materialda göstərilir ki, Konqresin Nümayəndələr Palatasının spikeri, yeni səhiyyə islahatının əsas ideoloqu Pol Rayan Trampın cümə günü səsvermənin keçirilməsini istədiyini bildirib.
Əvvəlcə səsvermənin fevralın 23-də keçiriləcəyi gözlənilirdi. Ancaq səsvermə sonradan cümə gününə keçirilib.
Respublikaçıların Konqresin hər iki palatasında malik olduğu əksəriyyət onlara “Obamacare” adlanan (keçmiş prezident Barak Obamanın adı ilə adlanır –red.) səhiyyə islahatını ləğv etməyə imkan verir. Ancaq respublikaçıların özləri arasında fikir ayrılıqları qalır. Demokratların hamısı isə qanun layihəsinin əleyhinə səs verməyi planlaşdırırlar.
Müxtəlif qiymətləndirilmələrə görə, 20-dən çox respublikaçı yeni səhiyyə islahatına qarşı çıxır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler